Bia.Az

Maduronun məhkəməsi başladı – Venesuela prezidentini ən ağır cəza gözləyir – VİDEO

Gündəm
 5-01-2026, 17:15     672

ABŞ-da saxlanılan Venesuela prezidenti Nikolas Maduronun məhkəməyə aparıldığı anların videosu yayılıb.

Bakupost.az xəbər verir ki, görüntülər “Fox News” telekanalı tərəfindən yayımlanıb. Videoda Maduro gücləndirilmiş təhlükəsizlik tədbirləri altında, hüquq-mühafizə orqanlarının müşayiəti ilə məhkəmə binasına aparılarması əks olunub.

Bakupost.az

Kadrlarda Maduronun əllərinin qandallı olması və onun ciddi nəzarət altında saxlanıldığı diqqət çəkir. ABŞ rəsmiləri hələlik video ilə bağlı rəsmi açıqlama verməyiblər.

Xatırladaq ki, Nikolas Maduro bir neçə gün əvvəl ABŞ qüvvələri tərəfindən paytaxt Karakasda saxlanılaraq ABŞ-yə aparılıb. Vaşinqton onu narkotik ticarəti, terror təşkilatları ilə əməkdaşlıq və beynəlxalq cinayət şəbəkələri ilə əlaqədə ittiham edir.

Bakupost.az

“New York Post” (NYP) nəşrinin yazdığına görə, məhkəmə Nikolas Maduronun təqsirli olduğuna qərar verərsə, onu ölüm cəzası gözləyə bilər.

скачать dle 12.1