Bia.Az

Bəylər Əyyubovun general olan qardaşı oğlu işdən çıxarıldı - FOTO

Gündəm
 16-12-2025, 01:22     831

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib.

Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, H.Eyyubov təqaüdə göndərilib.

Qeyd edək ki, Həsən Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Əyyubovun qardaşı oğludur.

Bakupost.az
скачать dle 12.1