Bia.Az

Kənd Təsərrüfatı Nazirliyi 100 yaxın işcinin əmək haqqın verməkdən boyun qaçır - VİDEO

Gündəm
 3-12-2020, 18:38     536

100 nəfərə yaxın işçisi olan kollektivin rəhbəri, iş adamı Pərviz Əkbərov üzləşdiyi hadisə barəsində təfərrüatlı olaraq Qaynarxett.az-a bildirmişdir ki, il yarım bundan əvvəl Sinko şirkətiylə müqavilə əsasında işçi heyəti ilə birgə işləməyə başlamışdır. Eyni layihə üzrə Sinko şirkəti Ramko şirkəti ilə müqaviləsi olmuşdur. Layihə üzrə ortaq işləməyə qərar vermişlər. Müqavilə əsasında ödənilməsi vəd edilmiş 50.000 (əlli min) manata yaxın məbləğ əvəzinə təxminən 20-30 minə yaxın məbləğ ödənilmişdir. Zərər çəkmişlərin qeyd etdiyinə görə şirkətlər ödənişlə bağlı problemləri bir birinin üzərinə ataraq məsuliyyətdən boyun qaçırmağa çalışərlar.

Bu barədə Ramko şirkətinin rəhbəri Rövşən müəllimlə görüş keçirilmişdir. Görüş zamanı Ramko şirkjətinin rəhbəri Rövşən müəllim bildirmişdir ki, mən 50.000 manat pulu Sinko şirkətinə köçürmüşəm. Sonradan söhbətə gələn Sinko şirkətinin rəhbəri Səməd müəllim vəd vermişdir ki, Sulutəpədə yerləşən özünəməxsus evini sataraq zərərçəkən Pərviz Əkbərovun əmək haqqını verəcək.

Zərəçəkənin sözlərinə görə 5 ay işlədikdən sonra Sinko şirkətinin rəhbəri Səməd müəllimlə müqavilə bağlanmışdır. İş zamanı 7-ci ayda zərərçəkmiş 13.100 manat şirkət tərəfindən ödəniş almışdır və bundan sonra 10-cu ayda maaş gecikdirildiyinə görə işi yarıda saxlamış, Ramko şirkətindən ödəniş tələb etmişdir. Ramko şirkəti tərəfindən olunan ödəniş zamanı müəyyən olmuşdur ki, 7.600 manat əksik var. Əlavə olaraq Pərviz Əkbərov Tərtərə işçi heyətinin əmək haqqısı olaraq göndərdiyi məbləğin Sinko şirkəti tərəfindən ödənilməsi vəd olunduğu halda, ödənilməmişdir. Zərərçəkmişin işçi heyətinə ödəyəcəyi ümumi borcu 28.000 manat təşkil edir. Amma Sinko və Ramko şirkətlərindən 38.000 manata yaxın alacağı qalır. Zərəçəkmiş problemin tezliklə həll olunmasını və bütün işçilərin əmək haqqının ödənməsini tələb edir.

Sinko Şirketinin zərərçəkmiş vətəndaşı Əkbərov Pərviz iddia edir ki, 1 il yarimdirki göstərdiyi iş və səylər nəticəsində haqqi olan əməyinin qarşılığını Sinko Şirketinden ala bilmir. Tərtər, Şamaxi ve Səlyan layihələrini yerine yetiren Pərviz bəy Sinko şirkətinin onun pulunu vermekden boyun qaçirdigini, Sinko və Ramko sirketleriyle muqavile bağladığını, şərik işlədiyini, bunlar herbiri Kənd təsərrüfatının işini gördüyünü bildirir. İlkin məlumatlara gore Sinko şirkətinin müdürü Səməd, Ramko şirkətinin müdürü isə Rövşən bəydir. Evlerine qədər tanıdığını, hətta binanın həyətində ofislərinin də olduğunu bildirirdi.

Umidvariq ki, sözü gedən şirketler bu məsələdə oz səyini gostərəcək və zərərçəkmislərin haqqini odəyərək lazimi tədbirləri gorəcəkdir. 
Mövzunu diqqət mərkəzində saxlayacagıq.



TÜRKAN,
Qaynarxett.az
скачать dle 12.1