Ərazi güzəşti olmadan sülh mümkün deyil - Blanar
Ukraynada ərazi güzəştləri barədə razılaşma olmadan sülh mümkün deyil.
Axar.az xəbər verir ki, bunu Slovakiyanın xarici işlər naziri Yuray Blanar bildirib.
"Şəxsi fikrim budur ki, bu müharibə artıq o qədər irəli gedib ki, bəzi ərazi güzəştləri barədə razılaşma olmadan sülhə nail olmaq mümkün deyil", - Blanar deyib.
O əlavə edib ki, Slovakiya Ukraynadakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyəcək.









