Bia.Az

Mehdiyev gizli toplantılarını bu villada keçirib: Eks-deputat görüntüləri paylaşdı - VİDEO

Gündəm
 19-11-2025, 13:27     956

Eks-deputat Etibar Hüseynov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Xızı rayonunun Qızılqazma kəndində yerləşən villasını çəkib.

Bakupost.az xəbər verir ki, E.Hüseynov villanın kəndin girişində olduğunu diqqətə çatdırıb.

Sabiq deputat qeyd edib ki, villa 2 mərtəbədən və köməkçi binadan ibarətdir. O, bildirib ki, şahidlərin sözlərinə əsasən, Ramiz Mehdiyev Xızıdakı bağına adətən helikopterlə gəlirmiş.

Villanın ətrafında isə bəzi sabiq və indiki nazirlərin mülkləri var. Mehdiyevin onlarla gizli toplantıları bu villada keçirdiyi bildirilir.


скачать dle 12.1