Bia.Az

Əks-hücum: Ordu rusların nəzarətindəki əraziyə girdi - Video

Gündəm
 1-11-2025, 01:35     725

Donetsk vilayətinin Pokrovsk şəhərində Ukrayna qoşunları əks-hücum əməliyyatına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Ekonomist”in jurnalisti Oliver Kerroll X hesabında yazıb.

“Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, əsas logistik marşrutları bərpa etmək məqsədi ilə Pokrovsk bölgəsində cəsarətli əks-hücum aparılır”, - o yazıb.

Keroll həmçinin rusların nəzarəti altında olduğunu iddia etdiyi ərazilərə helikopterlərin eniş etdiyini əks etdirən video yayımlayıb.

***

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Pokrovskda təmizləmə əməliyyatı keçirir.

Bu barədə Ukraynanın Müdafiə Qüvvələrindəki mənbələr məlumat yayıb.

Bildirilir ki, əməliyyatda Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları və aviasiyası iştirak edir:

"Hərbi kəşfiyyat təyyarələri şəhərin Rusiya komandanlığının nəzarəti altında hesab etdiyi ərazilərə daxil olub".скачать dle 12.1