Bia.Az

Gümüşün qiyməti son 14 ildə ilk dəfə 49 dolları ötdü

Gündəm
 9-10-2025, 00:42     425

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi - red.) gümüş füçerslərinin qiyməti 2011-ci il aprelin 29-dan bəri ilk dəfə bir trua unsiyası üçün 49 dollardan yuxarı olub.

Axar.az xəbər verir ki, bu barədə ticarət platformasının məlumatlarında deyilir.

Bakı vaxtı ilə saat 19:05-ə olan məlumata görə, gümüşün qiyməti 2.91% artaraq 1 trua unsiyası üçün 49.04 dollar təşkil edib.

Bakı vaxtı ilə saat 19:10-da gümüşün qiyməti bir qədər azalaraq 48.85 dollara düşüb.скачать dle 12.1