Bia.Az

Fransa XİN: Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketinin ABŞ ilə razılaşdırıb

Gündəm
 22-09-2025, 11:41     440

Yaxın vaxtlarda qəbul edilməsi planlaşdırılan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ABŞ-la razılaşdırılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot TF1 telekanalında məlumat verib.

“Bu yeni, genişmiqyaslı sanksiyalar paketi Donald Trampın hakimiyyətə qayıdışından sonra ilk dəfə ABŞ ilə razılaşdırılıb”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, yeni paket yaxın vaxtlarda qəbul olunacaq. Sentyabrın 19-da Avropa Komissiyasının sədri Ursula fon der Leyen AK-nin 19-cu anti-Rusiya sanksiyalar paketi ilə bağlı təkliflərini təqdim edib.

Bunlara, digər məsələlərlə yanaşı, 2027-ci ilin yanvarından etibarən Rusiyanın LNG-nin Aİ-yə idxalına qadağa, həmçinin kriptovalyuta və banklara qarşı tədbirlər daxildir.

Eyni zamanda, Avropa İttifaqının iqtisadi və sosial məsələlər üzrə komissarı Valdis Dombrovskis bəyan edib ki, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketində ABŞ prezidenti Donald Trampın tələb etdiyi kimi, Rusiyadan neft alışına məhdudiyyətlər daxil olmayacaq.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Avropa əlaqələri departamentinin direktoru Vladislav Maslennikov “İzvestiya” qəzetinə müsahibəsində bildirmişdi ki, Aİ-nin 19-cu sanksiyalar paketi ilə bağlı təklifləri Aİ-nin sanksiyalar siyasətinin potensialını tükəndiyini nümayiş etdirir.скачать dle 12.1