Bia.Az

Astroloq tarix AÇIQLADI: Güney Azərbaycan müstəqil olacaq - VİDEO

Gündəm
 19-09-2025, 12:06     515

“İran parçalanacaq, Güney Azərbaycan azad olacaq”.

Bu sözləri tanınmış astroloq Səbuhi Rəhimli “Cəbhə TV”-nin efirində qonaq olarkən deyib.

Onun sözlərinə görə, Güney Azərbaycanın müstəqilliyi bəzi dairələrdə razılaşdırılıb:

“Bizə Pişəvərinin qurduğu 90 min kvadratkilometr olan Güney Azərbaycanmı, yoxsa Kəngər körfəzinə qədər olan 410 min kvadratkilometrlik ərazimi təhvil veriləcək?

Hələlik bunun nə dərəcədə razılaşdırılıb-razılaşdırılmadığını bilmirik. Lakin aldığım məlumata görə, hətta Tehran da veriləcək. Bu, 100 faizdir. İranın paytaxtının Tehrandan köçürülməsi də bununla bağlıdır”.

Astroloq Güney Azərbaycanın 2028-ci ildə müstəqilliyini elan edəcəyini proqnozlaşdırıb:

“İran yaxın illərdə bölünəcək və Güney Azərbaycan müstəqil olacaq. Bir növ Bütöv Azərbaycanın da siqnalı verilib.
 Proqnozlarıma əsasən bu proses 2028-ci ilədək yekunlaşacaq”.


скачать dle 12.1