Bia.Az

“Ərdoğan və Putinin namizədliyi Nobel sülh mükafatına təqdim edilsin” - BAXCP

Gündəm
 25-11-2020, 13:49     310

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin namizədliyinin Nobel sülh mükafatına təqdim edilməsi təklifi ilə çıxış edib.

Bununla bağlı BAXCP mətbuat xidmətinin yaydığı açıqlamada deyilir:

“Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən iki ölkə arasında 30 ildən artıq davam edən qanlı savaşa son qoyaraq atəşkəsin əldə olunmasına nail olduqları, bununla da bölgədə davamlı sülh və əməkdaşlıq üçün geniş imkanlar yaratdıqları üçün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin namizədliyi Nobel sülh mükafatı almaq üçün irəli sürülsün.

Belə bir mükafatın qeyd olunan şəxslərə verilməsi ədalətli olmaqla yanaşı, regionda və keçmiş sovet respublikalarında da oxşar münaqişələrin həllinə kömək etmiş olardı”.скачать dle 12.1