Bia.Az

Bakıda İsrail və Suriya arasında kritik görüş: Barak da qatılır

Gündəm
 18-09-2025, 01:26     613

Sentyabrın 18-də Bakıda İsrail və Suriya nümayəndələri arasında təhlükəsizlik məsələləri üzrə görüş keçiriləcək.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə "Skay Nyus Arabia" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bir gün əvvəl, sentyabrın 17-də Londonda İsrailin strateji işlər naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əs-Şeybani arasında görüş keçiriləcək və tərəflər təhlükəsizlik razılaşması təklifini müzakirə edəcəklər.

Danışıqlarda ABŞ-ın xüsusi elçisi Tom Barak da iştirak edəcək.

Toplantı bu formatda üçüncü üçtərəfli görüş olacaq.скачать dle 12.1