Netanyahudan Suriya ilə bağlı gözlənilməz açıqlama...
Hazırda Dəməşqin cənubunda hərbsizləşdirilmiş zonanın yaradılması məsələsi müzakirə olunur.
Axar.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu İsrail druz icmasının ruhani lideri Şeyx Müafak Tarif ilə görüşündə deyib.
"Hazırda diqqətimizi üç şey üzərində cəmləyirik: Əs-Süveyda əyalətində druz icmasını qorumaq, Dəməşqin cənubundan Qolan təpələrinə, o cümlədən Əs-Süveyda əyalətinə qədər hərbsizləşdirilmiş zona və ərzaq, tikinti materialları, eləcə də genişmiqyaslı tibbi yardımın çatdırılmasına imkan verəcək humanitar dəhliz yaratmaq...”, - deyə o bildirib.









