Bia.Az

Yanğın baş verdiyi DOST Mərkəzi müvəqqəti işləməyəcək

Gündəm
 28-08-2025, 16:19     554

Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron DOST Mərkəzinin inzibati binasında baş verən yanğınla əlaqədar mərkəz müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Oxu.Az-a DOST Agentliyindən məlumat verilib.

Bildirilib ki, fəaliyyətin dayandırılması mərkəzdə kiçik təmir işlərinin aparılması ilə bağlıdır.

"Vətəndaşlar Bakı şəhərində yerləşən digər DOST mərkəzlərinə müraciət edə bilərlər" ,- deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, ötən gün saat 16:30 radələrində Abşeron DOST Mərkəzində yanğın baş verib.скачать dle 12.1