Bia.Az

FRANSA “DQR”-i TANIMAQLA TƏHDİD EDİR! – BMT TŞ-nın üzvü beynəlxalq cinayətə baş vurur!

Gündəm
 19-11-2020, 12:31     297

Rusiya KİV-nin məlmatına görə, Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə qətnamə Fransa Senatına daxil olub. Bu barədə Fransa parlamentinin yuxarı palatasının rəsmi saytında xəbər verilir.
Layihəni müxtəlif fraksiyaları təmsil edən 5 senator - Bryuno Retayo (respublikaçılar qrupunun rəhbəri), Patrik Kanner, Erve Marsel («Sentristlər ittifaqı» qrupunun rəhbəri), Elian Assasi və Qiyom Qotar irəli sürüb.
Oktyabrın ortalarında Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə layihə Milli Məclisə (Fransa parlamentinin aşağı palatası) da daxil olub.
Hər iki qanun layihəsi «əhalisinin müdafiəsi məqsədilə» Dağlıq Qarabağın (Azərbaycan respublikasının ayrılmaz hissəsi) müstəqilliyinin tanınmasını təklif edir.
Əslində, bu hərəkəti ilə Fransa parlamenti (və siyasi elitası) ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq, bu beynəlxalq təşkilatın nüfuzunu ələ salmış olur və ötən illər ərzində onun fəaliyyətini sabotaj etməklə beynəlxalq səviyyəli təxribata baş vurduğunu ortaya qoyur.
Məlumdur ki, Fransa həm də Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) 5 daimi üzvündən biridir. Erməni separatizmini, erməni terrorçuluğunu, erməni faşizmini himayə etməklə, Fransa hakimiyyəti eyni zamanda, BMT TŞ-nın da nüfuzuna ciddi zərbə vurur və bu qurumun fəaliyyətinin legitimliyini şübhə altına almış olur. Məhz buna görə, BMT və onun TŞ-a üzv olan dövlətlər, ümumiyyətlə, beynəlxalq ictimaiyyət Fransanın BMT TŞ-dan xaric olunması məsələsini gündəmə gətirməlidir. Azərbaycan və onun dostlərı BMT-də bu məsələni qaldırmalıdırlar.
Bundan başqa, Azərbaycanın ərazi bütövlüyünə qəsd məqsədilə, işağlçı Ermənistana hər cür dəstək verdiyinə, erməni faşizminin yaxın köməkçisi rolunda çıxış etdiyinə görə, Fransa beynəlxaq terrorçular sırasına daxil edilməli, bu barədə BMT xüsusi qərar qəbul etməlidir, əks təqdirdə, BMT rəhbərliyi də beynəlxalq terrorçuların yanında yer aldığını ortaya qoymuş olacaq.
Nəhayət, Azərbaycan Fransa ilə diplomatik əlaqəni kəsə, öz səfirini bu ölkədən geri çağıra, Fransa səfirini ölkəmizdən «iti qovan kimi qova» və Fransa məhsullarını boykot edə bilər.
Mirzə AĞскачать dle 12.1