Tramp Avropa liderləri ilə görüşdə Azərbaycan və Ermənistanı misal gətirdi
ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzin Ukrayna ilə bağlı üçtərəfli görüşdən əvvəl “Rusiya atəşkəs elan etməlidir” fikirlərinə cavab verib.
Globalinfo.az xəbər verir ki, o, çıxışında Azərbaycan və Ermənistanı misal çəkərək həmişə atəşkəs sənədinin mütləq şərt olmadığını vurğulayıb:
“Bundan əvvəl mən 6 müharibəni dayandırmışam, heç birində formal atəşkəs olmayıb. Keçən həftə isə iki gözəl ölkə – Ermənistan və Azərbaycan arasında 35 ildən çox davam edən münaqişə başa çatdı. Bu müharibə illərlə davam etdi, amma atəşkəs elan olunmadan sülhə nail olundu”.
Onun sözlərinə görə, əsas məsələ liderlərin səmimi razılığı və qarşıdurmaya son qoymaq istəyidir.
Tramp əlavə edib ki, beynəlxalq təcrübə göstərir ki, bəzən atəşkəs sənədi olmadan da tərəflər masaya oturub münaqişəni həll edə bilirlər.
ABŞ lideri vurğulayıb ki, Azərbaycan–Ermənistan nümunəsi bunu açıq şəkildə nümayiş etdirir və Ukrayna ilə bağlı da eyni ssenarinin mümkünlüyünə inanır.








