Rusiya SOCAR-ın yanacaq məntəqəsini vurdu - Video
Ötən gecə Rusiya Silahlı Qüvvələri Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub.
Axar.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Məlumatda Rusiyanın “Şahid” PUA-ları vasitəsilə SOCAR-ın Odessada yerləşən terminalına hücum etdiyi bildirilib.
Qeyd edək ki, Rusiya avqustun 8-də SOCAR-ın Odessa vilayətindəki neft bazasına hücum etmişdi.








