Bia.Az

Rusiyadan Ermənistanın qərarı ilə bağlı hərəkətə keçdi

Gündəm
 15-08-2025, 11:29     582

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avrasiya İqtisadi Birliyində (AİB) fəaliyyətini müzakirə etmək üçün gələn həftə İrəvana gedəcək.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə deyib.

“Gələn həftə mən İrəvana uçacağam. Səfər əvvəlcədən planlaşdırılıb, Ermənistan Respublikasının hüquqi bazasında, fikrimizcə, Avrasiya İqtisadi Birliyinin qanunlarına zidd olan normativ hüquqi aktın və Ermənistan hökumətinin fərmanının üzə çıxması ilə bağlıdır”, - Overçuk bildirib.скачать dle 12.1