Bia.Az

Paşinyandan mühüm tarixi açıqlama

Gündəm
 18-07-2025, 09:56     648

Baş nazir Nikol Paşinyan bəzi komanda yoldaşlarına bildirib ki, Ermənistan böyük ehtimalla gələn ilin fevralında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından "KTMT) çıxacaq.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Xatırladaq ki, ötən ilin fevralında o, Ermənistanın təşkilata üzvlüyünü dondurduğunu açıqlamışdı.

Və bundan əvvəl də aylardır hakimiyyətin müxtəlif nümayəndələri KTMT-ni öhdəliklərini yerinə yetirmədiyinə görə tənqid edir, üzvlüyün dondurulmasının səbəbinin bu olduğunu bildirirdilər.

Paşinyanın sözlərinə görə, 2023-cü ilin sentyabrından Ermənistan KTMT proseslərində iştirakını dayandırıb.

Nikol Paşinyan keçirdiyi son mətbuat konfransında KTMT ilə bağlı danışarkən bildirib ki, münasibətləri dondurmaqdansa, Ermənistanın KTMT-dən çıxması ehtimalı daha çoxdur.скачать dle 12.1