Bia.Az

Yekaterinburq qətliamı 1937-ci il repressiyası ilə müqayisə olundu: Onda da gecə evlərə soxulurdular VİDEO

Gündəm
 Bu gün, 02:40     51

Türkiyənin “Haber Global” telekanalında Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən vəhşiliklər müzakirə edilib.

Teleqraf xəbər verir ki, verilişdə qonaq qismində iştirak edən universitet-müəllim heyəti, siyasi ekspertlər Yekaterinburqda azərbaycanlılara qarşı törədilən vəhşilikləri pisləyiblər.
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Kremlin siyasətinin nəticəsi olan bu hadisələrin heç bir hüquqi əsası olmadığını deyib.
O həmçinin, Yekaterinqburqda baş vermiş bu hadisəni dekabrda Aktauda Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulmasının, Rusiya rejiminin xalqımıza qarşı apardığı amansız siyasətin davamı kimi qiymətləndirib.
Onun sözlərinə görə, baş verən bu hadisələrin heç biri təsadüf ola bilməz.
"Səhər tezdən qəfildən qapını sındırıb evlərə girib, adamlara işgəncə vermək, öldürmək, naməlum istiqamətlərə aparmaq - bütün bu hadisələr bir zamanlar Rusiyanın pantürkizmə qarşı mübarizə adı altında (1937-ci il repressiyaları) qapıları qəfildən qırıb, Azərbaycan ziyalılarının başına gətirdikləri müsibətlərin eynisidir", - Aygün Attar vurğulayıb.
скачать dle 12.1