II Qareginin iqamətgahı yaxınlığında toqquşma...

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Eçmiədzində bütün ermənilərin katolikosunun iqamətgahının yerləşdiyi əraziyə daxil olublar.
Axar.az xəbər verir ki, Ermənistan MTX-nin xüsusi təyinatlıları bütün ermənilərin katolikosu II Qareginin Eçmiədzindəki iqamətgahının ərazisinə keçiblər.
Bildirilib ki, xüsusi təyinatlıların keşişlərin müşavirəsində iştirak etmək üçün orada olan Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanı həbs etmək üçün gəldiyi ehtimal olunur.
Daha əvvəl verilən məlumata əsasən, 30-a yaxın maskalı şəxs Şirak yeparxiyasının binasına daxil olub.
***
Ermənistan Milli Təhlküəsizlik Xidmətinin (MTX) əməliyyat keçirdiyi bütün ermənilərin katolikosunun Eçmiədzindəki iqamətgahının həyətində polislər və keşişlər arasında dava baş verib.
Daha əvvəl maskalı xüsusi təyinatlılar iqamətgaha daxil olub. Keşişlər əməliyyata mane olmağa çalışırlar.