Bia.Az

Baş prokurorluğa dəfələrlə şikayət edən vətəndaşın ümidi Prezident İlham Əliyevə qalıb – MÜRACİƏT

Gündəm
 21-06-2025, 14:57     408

Bakı, Sabunçu  rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, “Qaraxan”MTK, bina 3, mən., 56-da yaşayan Əliyev Cahangir Ağaməli oğlu tərəfindən Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Ombudsman Aparatının sədri Səbinə Əliyevaya, digər aidiyyatı dövlət qurumlarına və  media orqanlarına müraciət ünvanlanıb. 
Bir nüsxəsi də Aktualinfo.org-a daxil olmuş müraciətdə deyilir:

Əvvəlcə bildirim ki, mən bir iş adamı olaraq şəxsi əmlaklarım olan yük avtomobilləri və digər texnikaların köməyilə bir sıra inşaat işlərində sifarişlər həyata keçirməklə məşğul olmuşam. Belə ki, mən uzun müddət( 2019-2021-ci illərdə) “Sea Breeze” istirahət mərkəzində ərazinin istirahət məkanlarının tikintisi ilə əlaqədar işləmişəm. İş əsnasında Şərik işlədiyim Qasım (rəsmi adı Əbdül olan) adlı şəxs bildirdi ki, onun yaxın tanışı olan Allahverdiyev Ruhid Rasim oğlu rəsmi podratçı olaraq müqavilənin imzalanması üçün şirkətinin adını təklif edir, gəl onun firması adından sifarişləri müqavilələrlə götürüb şərik işləyək. Mən razı oldum və işə  başladıq. Lakin bir müddət sonra etimadımdan süi-istifadə edən Ruhid mənə çatmalı olan ödənişləri sonradan verməkdən imtina etdi. Əvvəlcə yalandan bəhanələr gətirdi ki, guya “SEA BREEİZE” rəhbərliyi pulları onun hesabına köçürməkdə gecikmələr edir və s. Uydurmalar. Mən vəziyyəti belə görüb 2021-ci ildən onlarla əməkdaşlıq etməyi dayandırıb borclandığım pulları almağa çalışdım. Bunlar isə özlərini arxalı adamlar kimi aparararaq get hara istəyirsən şikayət et, biz sənə pul verən deyilik” dedilər. Son 3 ildir ki, mən bütün aidiyyatı yuxarı orqanlara şikayətlər vermişəm.

Bu günə qədər  Bakı şəhər Sabunçu rayon Polis idarəsində məsələ araşdırılmış və CM-nin 39.1-ci madəsi tətbiq edilərək “Cinayət işinin başlanması barədə” əsassız qərarlar qəbul edilmişdir. 22 aprel 2025-ci ildə Sabunçu rayon Prokurorluğunda cənab Baş prokuror Kamran Əliyevin qəbulunda oldum. O tapşırıq verdi ki, ərizənin araşdırılması Bakı şəhər prokurorluğuna həvalə edilsin, nəzarətə götürülsün və məruzə edilsin. Həqiqətən də işin yenidən araşdırlması Bakı Baş Polis İdarəsində müstəntiq Əsgərov Xəlilin icratına verildi. Sağ olsun bütün istintaq hərəkətləri icra olundu. Yəni mən məcbur olub şəxsi evimi kimə satmışam, kimlərdən nə qədər borc almışam və kimlərə pular vermişəm. Dəvət olunanların hamısı faktları təsdiq etdilər. Lakin müstəntiq iki dəfə işi bağladı. Və xüsusi qeyd etdi ki, mən cinayət işini nədənsə aça bilmirəm. Qoy zəhmət çəkib Başı şəhər Prokurorluğu cinayət işini başlasın mən də uyğun istintaqı davam etdirim. Mən yenidən vəkilim Ramil Rüstəmovla birlikdə Bakı şəhər prokuroru cənab Elşən Abbasovun qəbulunda olduq. Ondan əvvəl isə Baş Prokurorluqda cənab Natiq Abdullayevin qəbulunda olub məsələni müzakirə etmişdik.

Baş prokurorluğa dəfələrlə şikayət edirəm baxan yoxdur. Soncu dəfə, 8 ay əvvəl  cənab baş prokur müavini Elçin Məmmədovun qəbulunda olmuşam. O da ərizəmə baxılmasını birbaşa Sabunçu RPİ-nin İstintaq Şöbəsinin rəisi Gövdətə həvalə etmişdir.

Ruhid isə lap əvvəldən  məni hədələyərək “… hara gedirsən get hər iki qurumda bu məsələyə yanaşacaq məmur tapa bilməyəcəksən” ifadəsi onun həmin qurumlarda havadarının olduğunu bir daha subut edir. Və nəticə hələlik göz qabağındadır ki, bu gün hələlik heç bir hüquq-mühafizə orqanı konkret olaraq dələduz Ruhidi dəstəsinin əməllərinə hüquqi qiymət verməyi bacarmır.

Bu arada xatırlatmaq yerinə düşərdi ki, Ruhid Allahverdiyev əvvəllər Dövlət Gömrük Komitəsində aksiz markalar idarəsinin rəisi olmuş general Vəzir Həsənovun yanında işləmiş və onun kölgəsində yaşamış və indi də onun nüfuzundan –adından süi-istifadə edir.
 
Bir daha xatırladım ki, Əbdül və onun yaxın tanışı Ruhid Allahverdiyev mənə qarşı dələduzluq əməli törədərək mənim külli miqdarda  415 000 manat pulumu mənimsəmişlər. Bu günə qədər 7 dəfə araşdırma aparılmış və əsassız olaraq bağlanmış, Prokurorluq da müstəntiqlərin bütün 7 dəfə əsassız qərarlarını ləğv edib yenidən araşdırmaya göndərmişdir. ( amma təəssüf ki, yenə də Əsgərov Xəlilin icraatına verilmişdir -3-cü dəfə)

Cənab Prezident, Biz hamılıqla Azərbaycanda hüquqi dövləti ona görə qurmamışıq ki, arxasında bir iki nəfər vəzifəli şəxslərin adından süi-istifadə edən Ruhid kimilər cəmiyyətdə mənim kimi iş adamlarına qarşı onun bunun adından süi-istifadə edib at oynatsınlar. Əkisinə, vəzifəli şəxslərin adından istifadə edib dələduzluq edən belələrini və onları himayə edən hüquq-mühafizə orqanlarının üz qaralarını dərhal məsuliyyətə cəlb etmək lazımdır ki, cəmiyyət də görsün ki, Ali Baş Komandanın “DƏMİR YUMURUĞU” tək ermənilər üçün deyil, daxili korrupsiyalaşmış dəstələr üçün də istifadə oluna bilər. Sizdən çox xahiş edirəm hazırda Bakı Baş Polis İdarəsinin İstintaq Şöbəsinin  icraatında olan həmin iş üzrə ədalətli yanaşılaraq tədbir görüməsi üçün Daxili İşlər naziri cənab Vilayət Eyvazova və Baş prokuror cənab Kamran Əliyevə göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
 
Aktualinfo.org
Məqaləyə dair fotomateriallar:
скачать dle 12.1