Bia.Az

İcra başçısı, müavinləri, vəzifəli şəxslər saxlanıldı: Bakıya gətirilirlər – FOTO

Gündəm
 20-06-2025, 20:25     360

Qaxda saxlanılan icra başçısı və digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, icra başçısı Musa Şəkiliyev, müavinləri və digər vəzifəli şəxslər rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada şübhəli bilinir.
DTX tərəfindən istintaq hərəkətləri davam etdirilir.

***
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.
Hazırda onlar Bakıya gətirilir.

***14:48
Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

Globalinfo.az xəbər verir ki, News24.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.
Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.

tia 62f35fd4753596acf588d9ad9df289b8 p42h08jvny3tqseuozl1скачать dle 12.1