Bia.Az

TDT-nin Azərbaycan Nümayəndəliyinin bir qrup üzvləri fəaliyyətlərinə görə mükafatlandırıldı - FOTOLAR

Gündəm
 20-06-2025, 02:09     659

Arifə Hüseynova: “Türkdilli ölkələr arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində birgə səylər davam etdiriləcək.”

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Arifə Hüseynova Türkiyədə keçirilən beynəlxalq tədbirlərdə iştirak edib.Turan Dövləti Təşkilatlarının (TDT) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Arifə Hüseynova Türkiyədə təşkil olunan bir sıra tədbirlərdə fəal iştirak edib. O, bu barədə dünən Nümayəndəlikdə keçirilən daxili iclas zamanı ətraflı məlumat verib. Arifə Hüseynovanın sözlərinə görə, tədbirlər TDT-yə üzv olan türkdilli ölkələrlə beynəlxalq əlaqələrin daha da gücləndirilməsi, ümumi mədəni və tarixi dəyərlərin qorunub saxlanılması məqsədi daşıyıb. 


Toplantılarda təşkilata üzv ölkələrin nümayəndələri, səfirlik nümayəndələri və digər beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.Tədbirlər çərçivəsində iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə türkdilli ölkələrdə baş verən ictimai-siyasi proseslərin gələcək inkişaf perspektivləri, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi və bu proseslərdə müxalif təşkilatların rolu kimi mühüm mövzular ətrafında geniş dialoqlar təşkil olunub.

Arifə Hüseynova qeyd edib ki, bu cür beynəlxalq səviyyəli görüşlər türkdilli dövlətlər arasında həmrəyliyin və inteqrasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O, TDT rəhbərliyinin Azərbaycan nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirdiyini və bunun nəticəsi olaraq nümayəndəliyin bir qrup rəhbərinin təşkilat tərəfindən müxtəlif mükafatlarla təltif olunduğunu bildirib.

Tədbirin sonunda Arifə Hüseynova həmin mükafatları nümayəndəliyin sədr müavinləri Emil Seyidşahov, Mənsurə Gərayevaya və mətbuat katibi Ədalət Nəbiyə təqdim edib.

Qeyd edək ki, Turan Dövləti Təşkilatlarının əsas məqsədi türkdilli dövlətlər arasında siyasi, iqtisadi, mədəni və sosial əməkdaşlığı gücləndirməkdir. Azərbaycanın bu təşkilatda fəal iştirakı - nümayəndəlik səviyyəsində apardığı işlər bu məqsədə nail olunmasında mühüm rol oynayır.





TDT-nin Mətbuat Katibliyi.

BİA.az
скачать dle 12.1