Bia.Az

İrandan nə qədər Azərbaycan vətəndaşı təxliyə olunub? – Açıqlandı

Gündəm
 16-06-2025, 15:11     317

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub.  

Yeniavaz.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

“İrandakı səfirliyimiz və Təbriz şəhərindəki Baş Konsulluğumuz, habelə İsraildəki səfirliyimiz Azərbaycan vətəndaşları tərəfindən qaynar xəttlərə daxil olan müraciətləri müvafiq olaraq nəzərdən keçirir və zəruri tədbirlər görür”, - XİN-in mətbuat katibi bildirib.

O həmçinin bildirib ki, bununla əlaqədar, ilkin olaraq İrandakı səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunub:

“Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir”.скачать dle 12.1