Bia.Az

Oğuz-Qəbələ-Bakı su kəmərində qəza baş verdi, təchizat 4 günlük kəsiləcək

Gündəm
 16-06-2025, 12:13     303

Oğuz-Qəbələ-Bakı su kəmərində qəza baş verib, təchizat 4 günlük kəsiləcək.

Bu barədə Teleqraf-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq.

Qəzanın aradan qaldırılması işləri iyunun 20-də yekunlaşacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.скачать dle 12.1