Bia.Az

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

Gündəm
 14-06-2025, 21:23     375

Bu gün Vəhdət Partiyasının növbədənkənar VI Qurultayı keçirilib.
 

Pravda.az-ın xəbərinə görə, qurultayda ölkənin bütün rayonlarından seçilmiş 510 nümayəndə, eləcə də təxminən 50-60 ictimai-siyasi qonaq iştirak edib.
 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gündəlikdəki məsələlər üzrə çıxışlar zamanı bütün nümayəndələrə fikirlərini sərbəst və açıq ifadə etmək imkanı yaradılıb.
 
Qurultayın əsas qərarı ilə Adəm İsmayıl Bakuvi tam səs çoxluğu ilə, açıq səsvermə yolu ilə partiyanın yeni sədri seçilib. Yeni sədr Qurultay qarşısında öz siyasi platformasını və Vəhdət Partiyasının strateji hədəflərini təqdim edib.
 
Tədbirin sonunda Qurultay nümayəndələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul ediblər. Bu müraciətdə dövlət başçısının apardığı siyasətə dəstək ifadə olunub və milli birliyə çağırış yer alıb.
 
***
11:45
 
Bu gün Vəhdət Partiyasının növbədənkənar VI qurultayı keçirilir.
 
Pravda.az-ın xəbərinə görə, qurultayın gündəliyinə yeni sədrin seçilməsi, Baş Məclisin yeni üzvlərinin təsdiq olunması, Nizamnaməyə dəyişiklik və s. daxildir.
 
Partiyanın hazırki sədri Tahir Kərimli növbəti müddətə namizədliyini irəli sürməyəcək. O, sədr olmasa da, partiya həyatında bundan sonra da aktiv iştirak edəcək. Sədrliyə namizəd partiya sədrinin müavini, məşhur politoloq Adəm İsmayıl Bakuvidir. 
 
“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir
 
A.İsmayıl Bakuvi Bakı şəhərində anadan olub. Elmlər doktorudur, yüzlərlə analitik və publisistik məqalələr, 3 monoqrafiya, 20-yə yaxın elmi araşdırma müəllifidir.
 
Qeyd: 1994-cü ildə yaradılan partiyaya 1998-ci ildən Tahir Kərimli rəhbərlik edib. T.Kərimli Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (1992–1993), İsmayıllı rayon XDS-nin deputatı (1990–1993), Azərbaycan Ali Sovetinin deputatı (1990–1995), Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatı olub.
 
Nadir

 Fotoları təqdim edirik


скачать dle 12.1