Bia.Az

Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok

Gündəm
 6-06-2025, 00:54     783

Ruslar “Hörümçək toru” əməliyyatından sonra təcili olaraq strateji bombardmançı təyyarələri Ukraynadan uzaqlaşdırmağa başlayıblar. Artıq Tu-160-lardan biri Anadır hava limanında görüntülənib.

Axar.az xəbər verir ki, qalan Tu-22M3 və Tu-95MS strateji bombardmançıların taleyi naməlum olaraq qalır.

Ukrayna mediası mənbələrə istinadən iddia edir ki, təyyarələr “Olenya”, “Belaya” və “Ukrainka” aerodromlarından qeyri-müəyyən istiqamətlərə elə xaotik şəkildə hərəkət etməyə davam edir ki, monitorinq sistemləri onları izləyə bilmir.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti “Hörümçək toru” əməliyyatını 1 iyunda həyata keçirib. Nəticədə Rusiyanın 4 aerodromunda strateji raket daşıyıcıları da daxil olmaqla, 40-dan çox hərbi təyyarə sıradan çıxarılıb.скачать dle 12.1