Bia.Az

28 May- Müstəqillik günü münasibətilə tədbir kecirildi/FOTO

Gündəm
 28-05-2025, 19:13     632

BİA.az xəbər verir ki, Turan Dövlətlər Təşkilatının Azərbaycan Nümayəndəliyində “28 May-Müstəqillik günü” qeyd edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri Turan Dövlətlər Təşkilatının Azərbaycan Nümayəndəliyinin təmsilcisi. professor Arifə xanım Hüseynova açaraq bildirdi ki, 1918-ci ildə müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunub. Qeyd etdi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışıyla ölkəmizdə bir çox sahələrdə əsl dönüş yarandı. Müstəqil müasir Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb.

Bayram tədbirində tarixçilər çıxış edərək bildirdilər ki, 18 oktyabr 1991-ci ildə yenidən müstəqilliyini bərpa etmiş xalqımızın qarşısında geniş üfüqlər açılmışdır. Lakin ilk vaxtlar ölkənin müstəqilliyi təhlükə qarşısında qalmışdı. 1993-cü ilin iyununda ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdəki hakimiyyət çəkişmələrinə son qoydu, hərc-mərclik aradan qaldırıldı. Heydər Əliyevin Milli Məclisin sədri seçilməsi ilə dövlət müstəqilliyi qətiyyətlə qorunub saxlanıldı. 1995-ci ildə Heydər Əliyevin müəllifliyi ilə müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul olundu.

Sonda çıxış edən təsisci - müavin Mənsurə Gərayeva və müavin Emil Seyidşahov bildirdilər ki, 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyalarında ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan edib və dövlət müstəqilliyimiz bərpa olunub. Bu il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107 ili tamam olur. Yeddi il əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənə ilə qeyd olunub.

Tədbir bədii hissə ilə davam etdirildi.
скачать dle 12.1