Türkiyəli aktrisanın sözləri narazılıq yaratdı – VİDEO

TRT kanalında yayımlanan “Teşkilat” serialından boykot çağırışına görə uzaqlaşdırılan türkiyəli aktrisa Aybüke Pusat yenə gündəm olub.
Globalinfo.az xəbər verir ki, aktrisanın illər əvvəl dediyi sözlər sosial mediada səs-küy yaradıb.
Belə ki, Pusat İstanbulu sevmədiyini, Ankaraya üstünlük verdiyini deyib.
Bu, sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub.
Aktrisanın fotosuna “İnsanların Ankaranı İstanbuldan çox sevdiyini söyləməsi şoudur”, “Ankara Konyanı xatırladır, tək fərq binalardır”, “Heç bir şəhər İstanbula çata bilməz”, kimi şərhlər yazılıb.
Qeyd edək ki, bir neçə ay əvvəl Aybüke Pusat İnstaqram hekayəsində “2 Aprel 2025 İstehlak Boykotu” çağırışı ilə bağlı paylaşım edib. Daha sonra “X” platformasında bəzi hesablar tərəfindən ona qarşı kampaniya başladılıb və bu reaksiyalardan sonra aktrisa paylaşımını silib. Buna baxmayaraq, “TRT” rəsmi açıqlama verərək aktrisanın serialdan uzaqlaşdırıldığını bildirib.