Bia.Az

Ərdoğanın zəngi: Özəldən olaya ilk reaksiya

Gündəm
 4-05-2025, 17:07     687

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Özgür Özələ zəng edib.

Globalinfo.az xəbər verir ki, o, bu gün İstanbulda hücuma məruz qalan partiya sədrinin tezliklə sağalmasını arzulayıb.

Ərdoğan hadisənin təfərrüatlarını ortaya çıxarmaq üçün prosesi yaxından izlədiyini bildirib.

Özəl daha sonra mediaya açıqlama verib:


“Prezidentin “keçmiş olsun” zəngini çox dəyərli hesab edirəm. Bu hücum siyasət qurumuna edilən bir hücumdur. Qütbləşmənin, kəskinləşmənin heç kimə bir faydası yoxdur”.


Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyya Öndərin dəfn mərasimindən sonra naməlum şəxslərdən biri CHP sədrini vurub.скачать dle 12.1