Bu gecə Ankaraya qar yağacaq - Məktəblər bağlandı

Ankara valisi Vasip Şahin əlverişsiz hava şəraiti ilə əlaqədar məktəblərin sabah bağlanacağını açıqlayıb.
Teleqraf "Hürriyet"ə istinadən xəbər verir ki, V.Şahin sosial media hesabında bu açıqlamanı verib:
"Son meteoroloji qiymətləndirmələrə görə, vilayətimizə sabah yağacaq qar günortaya qədər davam edəcək. Eləcə də güclü külək və tufan gözlənildiyi üçün valiliyimizə tabe olan bütün təhsil-tədris ocaqlarında və kurslarda təhsil gün boyu dayandırılır. Dövlət idarələrində çalışan 10 yaşadək uşağı olan qadınlar, hamilələr və əlillər məzuniyyətdə hesab olunacaqlar", açıqlamada bildirilir.