Bia.Az

Türkiyə olmasa, Avropa Rusiyaya məğlub olar – “Spiegel”

Gündəm
 30-03-2025, 01:35     601

Avropa Rusiyaya qarşı müharibədə sayca üstünlük qazanır, amma Türkiyə olmadan qüvvələr nisbəti kəskin dəyişir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Spiegel” nəşrinin məqaləsində qeyd olunur.

Məlumata görə, NATO-ya üzv Avropa ölkələri Rusiya ilə müqayisədə ordunun sayı və texnikanın miqdarı baxımından üstünlük təşkil edir: 2 milyon hərbçi qarşısında 1,1 milyon hərbçi, 6700 tank qarşısında 2900 tank və 15 min artilleriya sistemi qarşısında 6000 artilleriya var.

Lakin müharibə halında Türkiyənin dəstək göstərməkdən imtina etməsi NATO-nu mühüm hərbi güclərdən məhrum edə bilər: şəxsi heyətin dörddə biri, tankların üçdə biri və artilleriyanın 18 faizi itirilə bilər.скачать dle 12.1