Türkmanlar öz milli kimliklərini qorumağı bacarıb – Aygün Əliyeva

Türkmanlar tarixin acı sınaqlarına, müxtəlif dövrlərdəki çətinliklərə baxmayaraq, ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıblar.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva martın 18-də Bakıda keçirilən “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forumda deyib.
Onun sözlərinə görə, türkmanlar yaşadıqları ölkələrin tərəqqisinə mühüm töhfələr verib, rifahın, əmin-amanlığın təmin olunmasında yaxından iştirak ediblər:
“Ortaq dəyərlərimiz, güclü milli ruhumuz və faəl vətəndaş mövqeyində olan insanların həmrəyliyi bu ənənələri müasir dövrümüzə qədər gətirib çıxarıb. Bu konfransın məqsədi də vətəndaş cəmiyyətlərinin həmrəyliyinin vacibliyini bir daha diqqətə çatdırmaqdır”.