Bia.Az

Londonda Ukrayna ilə bağlı qərar

Gündəm
 3-03-2025, 01:30     349

“Londonda keçirilmiş Ukrayna üzrə Avropa Zirvə Toplantısının iştirakçıları Ukraynaya hərbi yardımı davam etdirəcəklərini və Rusiyaya iqtisadi təzyiqləri artıracaqlarını vəd ediblər”.

 Oxu.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer sammitdən sonra keçirilən mətbuat konfransında bildirib

“Razılığa gəldik ki, istənilən davamlı sülh Ukraynanın suverenliyinə və təhlükəsizliyinə təminat verməlidir və Ukrayna danışıqlar masası arxasında olmalıdır. Sülh razılaşması olacağı təqdirdə, gələcəkdə istənilən hərbi müdaxilənin qarşısını almaq üçün Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə davam edəcəyik”, – Baş nazir deyib.

O, həmçinin Britaniya və Fransanın Kiyev hakimiyyəti ilə birlikdə döyüş əməliyyatlarını dayandırmaq üçün plan üzərində işləməyə başlayacağını və daha sonra bunu ABŞ-a təqdim edəcəyini bir daha vurğulayıb:

“Britaniya Ukrayna ilə yeni iqtisadi saziş imzalayıb, buna əsasən, Kiyev hava hücumundan müdafiə sistemləri üçün raketlər də daxil olmaqla, hərbi satınalmalar üçün 2 milyard dollar məbləğində kredit alacaq”.скачать dle 12.1