Bia.Az

Qorbaçovun nəvələri Rusiyada casus kimi tanına bilər – FOTOLAR

Gündəm
 17-02-2025, 00:53     369

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun nəvələri – 45 yaşlı Kseniya Qorbaçova və 37 yaşlı Anastasiya Virqanskayaya qarşı cinayət işinin açılmasına çağırıb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Veçernyaya Moskva” yazıb.

Milonovun sözlərinə görə, onlar “ömrü boyu xalqın hesabına dəbdəbə içərisində yaşayıb, sonra da ölkədən qaçıblar”.
qobacov ksenyaFevralın 15-də Shot Telegram kanalı Qorbaçovun nəvələrinin həyatı ilə bağlı yeni məlumatları paylaşıb. Məlumata görə, nəvələrdən böyüyü – İrina Qorbaçovanın qızı Kseniya Virqanskaya şəxsi biznesi ilə məşğuldur. O, ögey atası Truxaçev tərəfindən əsası qoyulan kolleksiya şərabları mağazasını işlədir. Ukraynada xüsusi hərbi əməliyyatlar başladıqdan sonra şirkət “Zelensky” adlı sarı-göy etiketli araqların satışını həyata keçirib. Sosial media məhsulların satışından əldə edilən gəlirin “Ukraynaya kömək üçün istifadə ediləcəyini” bildirilib.
zelenski

KİV-in məlumatına görə, ikinci nəvə – Anastasiya isə ögey atasının yük daşımaları ilə məşğul olan iki şirkətinin icraçı direktorudur. Onun həyat yoldaşı Zangiyev rok qrupunun üzvüdür və konsertdən gələn gəliri Ukraynaya dəstək üçün ianə edir. Bundan əlavə, qrup bu yaxınlarda Ukrayna münaqişəsinə həsr olunmuş mahnı da yazdırıb.
anas qorba

Qorbaçovlar ailəsi Moskvada 300 metrlik mənzillərini satıb. Almaniyada onlar Tegernze dağ gölünün sahilində tarixi Hubertus qəsrini alıblar. Bir neçə il əvvəl 570 kvadratmetrlik malikanənin yeddi milyon avroya satışa çıxarıldığı barədə məlumatlar da yayılmışdı. Kseniya Qorbaçovanın Berlində tarixi binada mənzilinin olduğu da iddia edilir.
hurbertus
Milonov hesab edir ki, Qorbaçovun nəvələrinin Rusiyadakı əmlakı qalıbsa müsadirə edilməli, qadınların özləri isə əcnəbi casus kimi tanınmalıdırlar.скачать dle 12.1