Bia.Az

AZAL-ın təyyarəsi Həştərxan üzərində təhlükə ilə üzləşib?

Gündəm
 4-01-2025, 15:29     805

Azərbaycanın bəzi media resurslarında 2025-ci il yanvarın 1-də Azərbaycan Hava Yollarının (AZAL) Bakı–Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində guya təhlükə ilə üzləşməsi barədə məlumat yayılıb. AZAL-ın adıçəkilən reysi cədvələ uyğun olaraq və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə yerinə yetirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190/195 təyyarəsinin Bakı-Kazan marşrutu üzrə uçuş zamanı yanvarın 1-də Həştərxan üzərində radio maneələr və GPRS pozuntuları ilə üzləşdiyi barədə məlumat yayılmışdı.скачать dle 12.1