Bia.Az

Vurulan təyyarəmizlə bağlı Budanovdan açıqlama: “Bildiyimizə görə…”

Gündəm
 27-12-2024, 12:41     1 035

Azərbaycan sərnişin təyyarəsi Rusiya raketi ilə vurulub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

“Bildiyimizə görə, təyyarə Rusiyanın “Pantsir-S1” zenit-raket kompleksi tərəfindən vurulub”, – o bildirib.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarə Qroznı səmasında hücuma məruz qalıb və ciddi zədə alıb, yaxın aeroportlara enməyə icazə verilmədiyindən Aktau limanına üz tutub.скачать dle 12.1