Bia.Az

Paşinyan üçün “X günü” yaxınlaşır - Bütün cəbhələrdə iflas

Gündəm / Siyasət
 14-10-2020, 14:16     409

Təcavüzkar ordusu sarsıdıcı zərbələr yeyən Ermənistanın avantürist baş naziri Nikol Paşinyan başını itirib. Artıq bu qənaətin altını cızmaq olar. Görünür, elə bu səbəbdən o, nəticələrini düşünmədən, Bakının adekvat reaksiyasını hesablamadan Ermənistan ərazisindən Gəncəni uzaq mənzilli, qadağan olunmuş raketlərlə, gecə vaxtı vurmaq əmri verib.

Bu detalı Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” telekanalına müsahibəsində xüsusi qeyd etdi. Sitat: “Gəncəyə hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilib. Bizdə dəqiq məlumat var ki, indi o, psixoloji sarsıntı keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir”.

Məhz belə qeyri-adekvatlığın, anormallığın göstəricisidir ki, Paşinyan rəhbəri olduğu saxta dövlət Azərbaycana ərazi iddiasının ağır bədəlini ödəyərkən, digər qapı-qonşu Gürcüstana da ərazi iddiasını dilə gətirir. Həyasızcasına “Arsax Ermənistandır”, “Arsax bir daha Azərbaycanın tərkibində ola bilməz. Bu 100 faizdir” deyir, konfliktin yeganə həlli yolu kimi Dağlıq Qarabağdakı oyuncaq rejimin dünya dövlətləri tərəfindən tanınmasında görür - sərt reallığın tələbi ilə rasional mövqe tutmaq əvəzinə.

Yenə məhz başıpozuqluğun və aqoniya vəziyyətinin diktəsidir ki, srağagün o, Ermənistan parlamentindən kənar 10-a yaxın siyasi qüvvənin təmsilçiləri ilə öz təşəbbüsü ilə cəbhədəki kritik durumla bağlı görüş keçirib. İlk baxışda normal görünür. Amma məsələ ondadır ki, görüşə dəvət alanlar arasında iki yarım öncə Paşinyanın hakimiyyətdən devirdiyi eks-prezident Serj Sərkisyanın Respublikaçılar Partiyasının 2-ci şəxsi Eduard Şarmazanov da olub...

*****

Şübhə yox ki, Qarabağla bağlı böyük avantüraya görə bir azdan Nikol Paşinyandan təkcə siyasi opponentləri deyil, 30 ildir öz radikal liderlərinin girovuna çevrilən bədbəxt erməni xalqı da hesab soracaq. Ancaq bunun nə faydası, əgər növbəti hakimiyyət çevrilişindən sonra iqtidara yenə Paşinyan, Sərkisyan, Köçəryan kimi xəstə təfəkkürlü birisi, terrorçu-radikal ünsürlər gələcəksə. Ondansa, elə Paşinyan qalıb da öz yerində.

“Ermənistanda dövlət çevrilişi baş verərsə, Nikol Paşinyanın qaçacağı yer yoxdur, erməni xalqı onu hər yerdə tapacaq”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri beynəlxalq konfliktlər üzrə tanınmış rusiyalı ekspert Yevgeni Mixaylov rusdilli Vesti.az-a deyib.

“Artıq aydındır ki, Ermənistan hər şeydən öncə dövlət hakimiyyətinin tam dağılması xüsusatında pik məqamına yetişib. Nikol Paşinyanın Soros rejiminin apardığı siyasət Rusiyaya oriyentasiya götürən erməni xalqına dərd gətirdi. Lakin Paşinyan öz rusofobiyası ilə Moskvanı ölkədən uzaqlaşdırdı və indi İrəvan öz şovinizminin bəhrələrini yeyir”, - deyə analitik qeyd edib.

Onun fikrincə, Ermənistan bu gün bütün cəbhələrdə tam iflasla üzləşib və vəziyyət getdikcə daha da pisləşəcək: “Təəssüf ki, Ermənistanın sadə xalqı yenə səriştəsiz siyasətçilərindən əziyyət çəkir, hansılar ki, ölkəni deqradasiyaya və mümkündür ki, həm də dövlət suverenliyinin itirilməsinə aparır”.

Rusiyalı politoloq xüsusi olaraq vurğulayıb ki, Paşinyanın ölkədə diktaturanı gücləndirmək cəhdləri yüzdə yüz erməni cəmiyyətində daha böyük təlatümlərə səbəb olacaq: “Təsadüfi deyil ki, daxildə yaradılan informasiya məhdudiyyəti, xüsusən də məğlubiyyət xarakterli məlumatlar üzərində nəzarətin gücləndirilməsi səriştəsiz rəhbərliyin qərarlarının tənqid edilməsinin qarşısını almaq məqsədi daşıyır. Erməni ictimaiyyətində çaxnaşma hökm sürür. Yalnız Rusiyadakı ermənipərəst KİV-lər İrəvanın Qarabağ istiqamətindəki qələbələrindən danışmağa çalışır, amma əslində hər şey çox pisdir və zənnimcə, Bakının Qarabağa və onun ətrafındakı ərazilərə nəzarəti bərpa etməsinə çox az vaxt qalıb. Paşinyan rejimi üçün ”X saatı" yaxınlaşır" - ekspert bildirib.

Onun sözlərinə görə, artıq İrəvanın özündə belə, demokratiyadan danışmaq dəbdə deyil: “Hazırda Ermənistan adlı dövlətin varlığı uğrunda müharibə gedir. Hansı müharibə ki, Paşinyanın həddən ziyadə özünə əminliyi üzündən yaranıb. Paşinyan ümid edirdi ki, dünya birliyi, hər şeydən əvvəl də Rusiya faşist ideologiyasının tərəfdarlarına heykəl qoyulan bir ölkəni dəstəkləyəcək”.

Ekspert Ukraynanın eks-prezidenti Viktor Yanukoviçdən fərqli olaraq Nikol Paşinyanın qaçmağa yerinin olmadığını da söyləyib: “Fransada da, ABŞ-da da onu tapacaqlar. O, öz xalqına boş firavanlıq vədləri verdi və xəyanət etdi: Onun ən böyük səhvi Qərbə stavka eləmək idi. Paşinyanı artıq heç kəs dəstəkləmir və o, Moskva timsalında bir müttəfiqini itirdi”.

Mixaylova görə, Paşinyanın mümkün gedişindən sonra ermənilər Rusiyanın dəstəyini qaytarmağa çalışacaqlar, Moskva isə Paşinyanı əvəzləyəcək qüvvə ilə necə münasibət qurmağı diqqətlə ölçüb-biçəcək. “Yəni münasibətlərimiz tarixi əlaqələr nəzərə alınmadan yenidən qurulacaq. Ermənilərin hələ ki, öz dövlətləri var və bu dövlətlə dövlət kimi davranmaq lazımdır. Əgər kömək istəyirsinizsə, o zaman bunun qarşılığını tam sədaqətinizlə ödəyin, ya da bazar qiymətləri ilə”, - deyə rusiyalı analitik sonda erməni millətinə xas satqınlığa və nankorluğa işarə vuraraq əlavə edib.

Ancaq erməni xalqı dərs götürəcəkmi? Qəliz məsələdir. Çünki min illərdən gələn vərdişi, əqrəb xislətini tərgitmək asan deyil...
“Yeni Müsavat”
скачать dle 12.1