Bia.Az

Baydenin Bakıya məktubunun “gizli tərəfi”… - Klaçkov

Gündəm
 23-10-2024, 12:09     336

ABŞ İrəvanla sülh sazişinin imzalanması məsələsində Ermənistana və Qərbə sərfəli şərtlərlə Bakıya təzyiq göstərməyə çalışır.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Pavel Klaçkov “Moskva-Bakı”ya müsahibəsində deyib.

"Baydenin məktubu noyabrda Azərbaycanda keçiriləcək BMT-nin iqlim konfransı ilə bağlı Bakının sülhsevər addımlar nümayiş etdirmək imkanından bəhs edir. Sual olunur ki, bunları yalnız Bakı nümayiş etdirməlidir? Birtərəfli mövqe kimi görünür. Azərbaycan prezidentinin ABŞ-ı mütəmadi və güclü tənqidi fonunda Baydenin sülh sazişinin tezliklə imzalanması ilə bağlı təklifləri şübhə doğura bilməz. Necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz", - politoloq bildirib.

Klaçkovun fikrincə, Vaşinqton başqaları ilə didaktik şəkildə ünsiyyət qurmağa çalışır:

"Birləşmiş Ştatlar dünyanın dəyişdiyini heç vaxt başa düşməyəcək. Lakin Vaşinqtonun davranış modeli eyni olaraq qalır. Amma Azərbaycanda hakimiyyətdə ağıllı adamlar var. Və Bakıda ABŞ-ın addımlarının arxasında gizlənən hər şeyi görürlər".скачать dle 12.1