Sərhəddə Ordumuzun mövqelərini izləyən qüvvələr – 3 məqsədləri var

Avropa İttifaqının Ermənistandakı missiyası son günlər yenidən aktivləşib. Belə ki, eskalasiya riski olmamasına, separatizmin bitməsinə baxmayaraq, “binokl diplomatiyası” davam edir. Aİ-nin sərgilədiyi mövqe ikili standartlara söykənir.
Aİ nə hazırlayır? “Binokl diplomatiyası”nın Ermənistandakı missiyası nədən ibarətdir?
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, Aİ-nin Ermənistandakı missiyası çoxşaxəlidir:
“Birincisi, Aİ özünə müttəfiq gördüyü Paşinyan hakimiyyətini qorumağa çalışır.
İkincisi, Paşinyanın timsalında Ermənistanı regionda gücləndirmək, zəifləməsinin qarşısını almaq istəyir.
Üçüncüsü, Aİ regionda Rusiyaya qarşı plasdarm yaratmağı planlaşdırır.
Lakin Aİ missiyasının Ermənistandakı varlığı sual altındadır. Yəni nə qədər qalacaqları bilinmir. Sabah Kremllə İrəvan razılaşsa, Aİ missiyası Ermənistanı tərk edə bilər.
Hər halda görünən odur ki, Aİ regionda qalmaq istəyir. Bu, Gürcüstanda alınmır, ona görə də Ermənistandan ikiəlli yapışıblar”.
Turan Rzayev
Globalinfo.az