Bia.Az

ATƏŞKƏS... - Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının bəyanatı (Yenilənib)

Gündəm
 10-10-2020, 04:55     385

Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü başa çatıb.

“Report“un Rusiya bürosunun məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyində (XİN) keçirilən görüşdə bu ölkənin XİN başçısı Sergey Lavrov, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyan iştirak edib.
Görüş 10 saatdan çox davam edib.

Bu, son 20 ildə Qarabağa dair ən uzun müddətli danışıqlar olub.

Xarici İşlər Nazirliyindən "Report"a bildirilib ki, Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.
Bəyanatda Rusiya Federasiyasının Prezidenti V.Putinin müraciətinə cavab olaraq və Prezident V.Putin, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev və Ermənistan Respublikasının Baş naziri N.Paşinyan arasında əldə olunmuş razılığa əsasən aşağıdakı addımların atılması razılaşdırılıb:
1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;
2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.
***
Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü 9 saatdır davam edir.
“Report“un Rusiya bürosunun məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyində (XİN) keçirilən görüşdə bu ölkənin XİN başçısı Sergey Lavrov, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyan iştirak edir.
***
Moskvada Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü davam edir. Yeddi saatdır davam edən qapalı danışıqlardan sonra mətbuat konfransının təşkil olunması gözlənilir.
Artıq jurnalistlər Rusiya XİN-in qəbul evində görüşün nəticələri ilə bağlı açıqlamaları gözləyirlər.
Artıq mətbuat zalına hər üç dövlətin bayraqları gətirilib.
Qeyd edək ki, bu, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Ermənistan XİN rəhbəri ilə ilk görüşüdür. C.Bayramov iyulun 16-da Elmar Məmmədyarovun yerinə təyin olunub.
Bu barədə Rusiyanın “Pervıy kanal” televiziyası video yayımlayıb.

*
Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşün başlayandan bir müddət sonra Ceyhun Bayramov fasilə götürüb və binanın tərk edib. Bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, o, təxminən bir saatdan sonra müzakirələri davam etdirmək üçün geri qayıdıb.
Media onun Azərbaycanın Rusiyadakı səfirliyinə getdiyini və məsləhətləşmə üçün Bakıya zəng etdiyini ehtimal edib.    
Bildirilir ki, danışıqlarda hərbi əsirlərin dəyişdirilməsi və həlak olanların meyitlərinin dəyişdirilməsi üçün humanitar atəşkəsin razılaşdırılacağı gözlənirş
“Ancaq danışıqların hələ daha nə qədər davam edəcəyi barədə bilgi yoxdur”, - deyə, XİN-in binasında olan jurnalist bildirib. O, azərbaycanlı və erməni jurnalistlər arasında təmasın və heç bir gərginliyin olmadığını da deyib. Görüş başa çatdıqdan sonra nazirlərin brifiniqi gözlənilir. Rossiya-24 brifinqi canlı yayımlayacaq.
**
***
Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü başlayıb. Virtualaz.org bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan iştirak edirlər.
Görüşün yalnız 30 saniyəlik protokol hissəsi mətbuata açıq olub.скачать dle 12.1