Bia.Az

Prezident oğlu ilə Ağdama getdi

Gündəm
 19-09-2024, 13:02     340

Azərbaycan Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında Elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun açılışında iştirak ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X
Azərbaycan Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun açılışında iştirak ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olublar.
Globalinfo.az bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
Globalinfo.az bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.скачать dle 12.1