Bia.Az

HADRUT QƏSƏBƏSİ VƏ 8 KƏND İŞĞALDAN AZAD OLUNDU! - Prezidentdən düşmənə sərt mesajlar + VİDEO (Yenilənib)

Gündəm
 9-10-2020, 20:53     504

Azərbaycan ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətdə deyib.

O bildirib ki, bu sıraya Hadrut qəsəbəsi və bir neçə kənd daxildir.  Onlar aşağıdakılardır:

Hadrut qəsəbəsi (Xocavənd),  Çaylı kəndi (Tərtər), Yuxarı Güzlək (Füzuli), Gorazıllı kəndi (Füzuli), Qışlaq kəndi (Laçın), Qaracallı kəndi (Cəbrayıl), Süleymanlı kəndi (Cəbrayıl), Əfəndilər kəndi (Cəbrayıl), Sur kəndi (Xocavənd),.

Prezident məhv edilmiş və düşməndən götürülmüş texnikaları açıqlayıb;“Ermənistanın itkiləri barədə məlumat verirəm: 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu – onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası 2 REM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 S-300 qurğusu, 25 “Osa”, 2 “Kub” zenit raket kompleksi, 4 “Repelent” radio-texniki manea vasitəsi, 136 top, 56 minaatan, 1 TOS 1a odsaçan sursatı, 2 radiolokasiya stansiyası, 1 “Kalçuqa” anteni məhv edilib".

Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

“Qənimət kimi götürülmüş hərbi texnika isə aşağıdakı kimidir: 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını”, - Prezident vurğulayıb. 

Prezidentin xalqa müraciətinin tam mətni daha sonra təqdim ediləcək.скачать dle 12.1