Bia.Az

Russopulosun Bakıya hücumu: “Zəfəri həzm edə bilmədilər”

Gündəm
 28-08-2024, 19:18     338

AŞPA prezidenti Teodor Russopulos Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bəzi üzvlərinin Azərbaycanda persona non-qrata elan edilməsi ilə bağlı bəyanatına cavab verib və rəsmi Bakını ittiham edib.

Globalinfo.az-a danışan Böyük Quruluş Partiyasının başqanı, Vl çağırış Milli Məclis deputatı Fazil Mustafa deyib ki, Azərbaycanın AŞPA qarşısında üzərinə götürdüyü öhdəliklərlə bağlı atdığı addımlar hər kəsə bəllidir:

“Rəsmi Bakı bütün öhdəliklərə tam şəkildə əməl edir, lakin təəssüf ki, biz eyni rəftarı AŞPA-dan görə bilmirik. Xüsusilə Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin sədri Frank Şvabenin Azərbaycana hücumu qəbuledilməzdir. O və onun kimi şəxslərin Azərbaycana gəlməsi və ya təmas qurmasına Bakının icazə verməsi mümkün deyil. Buna görə bizi ittiham etmək qərəzli yanaşmadır”.

F.Mustafa qeyd edib ki, Azərbaycan AŞPA-ya adekvat reaksiya verir:

“Bizə necə rəftar edilirsə, ölkəmiz də quruma qarşı eyni rəftarı sərgiləyir. Yəni Teodor Russopulosun dediyi kimi, Azərbaycan Avropa Şurasındakı mövqeyini özü çətinləşdirməyib. Bütün bunları AŞPA başladıb.


Fazil Mustafa

Təşkilatdakı ermənipərəst qüvvələr ölkəmizə qarşı hələ İkinci Qarabağ müharibəsi dövründən aktivləşərək Ermənistanı müdafiə edib. Sonrakı mərhələdə isə Zəfərimizi həzm edə bilmədikləri üçün əsassız iddialarla çıxış etməyə başlayıblar.

Hesab edirəm, indiki məqamda Bakını nədəsə ittiham etməyin heç bir əsası yoxdur. Bizimlə əməkdaşlıq istəyənlər bu ritorika ilə nəyəsə nail ola bilməyəcəklər”.скачать dle 12.1