Bia.Az

Bakı və İrəvan bu siyahıda liderdir

Gündəm
 13-08-2024, 00:10     639

Keçmiş SSRİ məkanında hərbi xərclərə ən çox pul ayıran ölkələr Azərbaycan və Ermənistandır.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu nəticə İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı “Militarlaşmanın müasir trendləri” hesabatında yer alıb.

Məlumata görə, Ermənistan ümumdaxili məhsulunun 4,2%-ni, Azərbaycan isə 3,8%-ni hərbi xərclərə ayırır. Gürcüstanda bu göstərici cəmi 1,3% təşkil edib.

Azərbaycanın qonşuları olan Rusiyada hərbi xərclər ÜDM-nin 2,4%-ni, Türkiyədə 0,7%-ni, İranda isə 2,2%-ni təşkil edib.

Dünyada bu məsələ üzrə əsas lider isə Şimali Koreya sayılır. Pxenyanın hərbi xərcləri ÜDM-sinin 24%-ni təşkil edib. Əfqanıstanda bu göstərici 10%, Omanda isə 5,9% olub.скачать dle 12.1