Bia.Az

Ukrayna rus kolonunu vurdu: 26 ölü, 100 yaralı – Dəhşətli kadrlar

Gündəm
 9-08-2024, 16:59     532

Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində hərbi maşın karvanını atəşə tutması nəticəsində 26 nəfər hərbi qulluqçu ölüb, 100-dən çoxu isə yaralanıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın teleqram kanalları xəbər yayıb.

Məlumata görə, HIMARS-dan endirilən zərbələr zamanı Rusiya tərəfindən döyüşən bir batalyon sıradan çıxarılıb.

Ehtimal olunur ki, Ukrayna tərəfi sözü gedən hərbi əməliyyat zamanı HIMARS raketlərindən istifadə edib. Hədəfə ümumilikdə 12 raket atılıb.


***13:00

Ukrayna ordusu Kurskda gedən döyüşlərə qatılmaq üçün göndərilən rus hərbi kolonuna Rila rayonunun Oktyabrsk şəhəri yaxınlığında zərbə endirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, zərbənin nəticələrini əks etdirən görüntülər Teleqram kanallarında yayılıb.
Kadrlarda çoxsaylı rus hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyi aydın görünür.
Teleqram kanallarında kolonun vurulmazdan öncəki görüntüləri də paylaşılıb.
Qeyd edək ki, Ukrayna ordusu 6 avqustda Kursk vilayətinə hücum edib, 20-dən çox yaşayış məntəqəsini, o cümlədən Suca şəhərinə nəzxarəti ələ keçirib. Hazırda ərazidə döyüşlər gedirскачать dle 12.1