Bia.Az

Səttar Möhbalıyev təcili qurultay çağırdı: Sədrlikdən gedir...

Gündəm
 29-07-2024, 16:31     361

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri Səttar Möhbalıyev təşkilatın növbədənkənar qurultayının çağırılması barədə qərar verib.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, o, AHİK sədrliyi ilə vidalaşacaq, çünki sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bitərəf namizəd kimi iştirak edəcək.

3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verən Səttar Möhbalıyevin artıq namizədliyi qeydə alınıb.

Köməkçisi bildirib ki, Səttar Möhbalıyevin səhhətində problem olduğu üçün sədrliyə namizədliyini verməyəcək:

"İyun ayında ürəyindən əməliyyat olundu, buna görə də bu dəfə sədrlik postuna iddia etməyəcək. Hazırda Səttar müəllim Naxçıvandadır".

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbədənkənar VI qurultayı 2023-cü ilin dekabrın 20-də keçirilib.скачать dle 12.1