Bia.Az

ABŞ qüvvələri İrəvanda: Bu, Rusiyaya açıq mesajdır

Gündəm
 10-07-2024, 10:48     618

Hərbi fəaliyyətlər və keçirilən təlimlər siyasətin davamı və uzantısıdır. Dolayısı ilə təlimin keçirilməsi Ermənistanın Rusiya ilə strateji müttəfiqliyinə son qoymaq istəyi, yeni müttəfiqlər və strateji ortaqlar arayışlarının nəticəsidir.

Bu sözləri Axar.az-a 15-24 iyul tarixlərind Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə keçiriləcək “Eagle Partner” hərbi təlimləri haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.

General təlimin əsas məqsədinin güc nümayişi olduğunu vurğulayıb:

“Ötən ilin sentyabrında “Eagle Partner” təliminin birincisi keçirilmişdi, bu ikincidir. Məqsəd qısa müddətdə böyük hərbi uğur əldə etmək yox, ABŞ-Ermənistan siyasi birliyini, Vaşinqtonun bölgədəki fiziki varlığını göstərməkdir. Buna hərbi termin kimi “bayraq göstərmək” də deyilir. Təlim ABŞ-ın Rusiya və İrana Ermənistandan əzələ nümayişi, barmaq silkələməsidir. Əlbəttə ki, bunun təlim, koordinasiya, təchizat və s. baxımından İrəvana faydaları da var. Lakin bayaq da qeyd etdiyim kimi, əsas məqsəd ABŞ-ın siyasi və hərbi baxımdan burda olduğunu nümayiş etdirməsidir”.скачать dle 12.1