Bia.Az

CƏBRAYIL İŞĞALDAN AZAD OLUNDU! - Prezident növbəti qələbəni açıqladı

Gündəm
 4-10-2020, 18:20     342

Azərbaycan Prezidenti İlham Əliyev özünün "Twitter" səhifəsində paylaşım edib.
Dövlət başçısı bu sözləri yazıb:
Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!

***
Azərbaycan ordusu Cəbrayıl rayonunu işğaldan azad edib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik yaydığı məlumatda "Etibarlı mənbələrdən alınan məlumatlara görə, Azərbaycan ordusu Böyük Mərcanlı, Maralyan və Şeybey kəndlərindən sonra Qarabağ bölgəsində kritik önəmə sahib Cəbrayıl rayonu da işğaldan azad olunub" - deyə bildirilir.

Azerbaycan güvenilir kaynaklarından alınan bilgilere göre; Azerbaycan ordusu Büyük Mercanlı, Maralyan ve Şeybey köylerinden sonra Karabağ bölgesinde kritik öneme sahip Cebrail kentini de işgalden kurtardı.

— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) October 4, 2020


скачать dle 12.1