Bia.Az

"AZƏRBAYCAN DOST DÖVLƏTLƏRİ VƏ RİYAKARLARI UNUTMAYACAQ" - Prezidentin köməkçisindən mühüm mesajlar

Gündəm
 2-10-2020, 17:51     360

Hikmət Hacıyev: “Azərbaycan xalqının iradəsindən kənar bu münaqişənin həlli mövcud deyil”
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə Nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Anar Eyvazov cəbhədə baş vermiş hadisələr haqqında məlumatlar veriblər.
 "AzPolitika.info" nun məlumatına görə, H.Hacıyev deyib ki, ötən müddət ərzində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum nəticəsində Ermənistan silahlı qüvvələrinin əsas təchizatına dəyən ziyan onların müqavimətini, döyüş qabiliyyətini əsaslı şəkildə zəiflədib.
O bildirib ki, Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatları davam etdirilir.
“Ermənistan tərəfi raket hücumları həyata keçirməklə beynəlxalq hüquq normalarını pozur. Lakin Azərbaycan Silahlı Qüvvələri tərəfindən onlara adekvat cavab veriləcək”, - deyə H.Hacıyev qeyd edib.
Hamımız bilirik ki,Dağlıq Qarabağ və ətraf ərazilərimiz dağlıq ərazilərdir. Oranın təbii və relyef şəraiti də çox ağırdır. Amma bu maneələrə baxmayaraq Azərbaycan Ordusu irəliləyir” - deyə,Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, ön cəbhədə olduğu kimi arxada da düşmənin resursu tükədilir: “Biz Azərbaycan Ordusu ilə fəxr edirik”.
Hikmət Hacıyev deyib ki, Azərbaycan xalqı Vətən Müharibəsi aparır:“Azərbaycan xalqı bu Vətən Müharibəsində ona dəstək verən dost dövlətləri və riyakarları heç vaxt unutmayacaq”.
O bildirib ki, Azərbaycan Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması üçün fəaliyyət göstərir: “Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Respublikasının Silahlı Qüvvələri, Azərbaycan Respublikasının suveren əraziləri daxilində Ermənistanın Azərbaycana qarşı işğalının, təcavüzünün nəticələrinin aradan qaldırılması istiqamətində öz tədbirlərini həyata keçirir. Bütün bunların yekununda, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulduqdan sonra regionda davamlı, sülhü və təhlükəsizliyi təmin edəcək”.
H.Hacıyev onu da qeyd edib ki, bu gün Azərbaycan xalqında olan ruh yüksəkliyi, yüksək əhval-ruhiyyə ümummilli həmrəyliyin göstəricisidir:“Bu Azərbaycan xalqının əzmidir. İşğal olunmuş torpaqlarımızın azad edilməsi birmənalı olaraq Azərbaycan xalqının tələbidir. Bunu beynəlxalq ictimaiyyət də bilməli və başa düşməlidir. Azərbaycan xalqının iradəsindən kənar bu münaqişənin həlli mövcud deyil.
Bu xüsusda qardaş Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha açıqlama verərək, 30 il ərzində danışıqlar aparılmasına baxmayaraq, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilmədiyi ilə bağlı fikirlərini bildirib.
Prezident İlham Əliyev qardaş ölkənin başçısı Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib. Bir daha qardaş Türkiyənin qətiyyətli mövqeyini Azərbaycan xalqı və cənab prezidentimiz çox yüksək qiymətləndirir. O cümlədən, bu günə qədər Ermənistanla heç bir diplomatik əlaqələri olmayan Pakistanın da dəstəyini yüksək qiymətləndiririk. Bu günlərdə Macarıstan, Türk Şurası, İƏT tərəfindən Azərbaycanın haqq işinə olan dəstəyi yüksək dəyərləndiririk”.
Hikmət Hacıyev deyib: “Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun qarşısında acizliyi fonunda Ermənistan tərəfindən Azərbaycana qarşı, xüsusilə də mülki infrastruktura, mülki insanlara qarşı hücumlar həyata keçirilir”.
O bildirib ki, Ermənistan tərəfindən Azərbaycana raket hücumları həyata keçirilir: “Biz bununla bağlı xəbərdarlıq ünvanlamışıq. Ermənistanın öz ərazisindən Azərbaycanın mülki obyektlərinə, mülki şəxslərinə qarşı raket hücumunun həyata keçirilməsi bilavasitə Ermənistanın məsuliyyətindədir.
Bu, Cenevrə Konvensiyasını pozur və münaqişənin miqyasını, coğrafiyasını genişləndirməyə, növbəti siyasi hərbi təxribatlar törətməyə çalışır.
İlkin olaraq Vardenis rayonu istiqamətindən Daşkəsən rayonuna raket və artilleriyadan zərbələr endirilib. Azərbaycan cavab hüququndan və legitim hərbi hədəflərə qarşı hədəflənmiş atəş açıb, bir müddət əvvəl həmin atəş məntəqəsini sıradan çıxararaq neytrallaşdırıb”.
Buna baxmayaraq, Ermənistan silahlı qüvvələri dünən Ermənistanın Gorus rayonu istiqamətindən raket texnologiyasının, xüsusilə də “Smerç” sistemindən istifadə edərək, Füzuli-Cəbrayıl rayonları istiqamətində mülki obyektlərə atəş açmağa cəhd göstərib. Cocuq Mərcanlı kəndinə atılan “Smerç” raketləri nəticəsində 20-yə yaxın evə ziyan dəyib.
Bu gün Vardenis rayonu ərazisindən “Toçka-U” raketi vasitəsilə Şəmkirə raket atəşi açılıb. Bu atəş nəticəsində mülki struktura dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən açılan bu atəşlə bağlı Azərbaycan Ermənistan ərazisində olan hərbi hədəflərə qarşı tədbirlər görəcək”.
Hikmət Hacıyev Ermənistana xəbərdarlıq edib: “Azərbaycan Ermənistan tərəfinə xəbərdarlıq edir ki, Ermənistan ərazisindən Azərbaycana mülki şəxslərə və obyektlərə hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək”.
H.Hacıyev bildirib ki, Ermənistan qoşunların təmas xəttində itkilərini gizlətmək üçün yalan fotoşop və digər vasitələrlə saxta məlumat və videolar hazırlayaraq yayır: “Bu dezinformasiya xarakterli videolar, digər materiallar coğrafi anlayışlar əsasında müəyyən olunaraq ifşa edilir. Bir daha qeyd edirik ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Bunu cənab prezident İlham Əliyev yaralı hərbiçilərimizlə görüşü zamanı da vurğulayıb.
Ermənistan isə məqsədyönlü şəkildə mülki insanları hədəfə çevirməyə çalışır. Biz bir daha Azərbaycanın işğal altında olan ərazilərində yaşayan mülki erməni əhalisinə səslənərək bildiririk ki, bizim onlarla işimiz yoxdur. Onlar da hərbi və döyüş məntəqələrindən, eləcə də Ermənistanın atəş məntəqələrindən kənar dayansınlar”.
H.Hacıyev bildirib ki, Ermənistan tərəfi yalan və dezinformasiya əsasında propoqanda həyata keçirməkdədir.
O bildirib ki, Azərbaycan onların yalanlarını effektiv şəkildə ifşa edib: “Ermənistan üçün bu çox böyük rüsvayçılıq oldu. Onlar iddia edirdilər ki, guya Ermənistan ərazisindən qalxan “Su-25” tipli döyüş təyyarəsi hansısa gözəgörünməz “F-16” təyyarəsi tərəfindən vurulub. Lakin, Azərbaycan tərəfi dərhal bununla bağlı məlumat verdi və bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Arsenalında “F-16” yoxdur və ölkəmizdə bu texnologiyadan istifadə olunmur.
Azərbaycanın əldə etdiyi məlumatlar sübut etdi ki, Ermənistanın ərazisindən iki ədəd “Su-25” tipli təyyarə qalxıb və Azərbaycan ərazisinə doğru hücum həyata keçirmək istəyirdi. Amma qeyri-peşəkarlıq nəticəsində havada toqquşub partlayıb. Ancaq Ermənistanın hərbi rəhbərliyi bu faktları öz xalqından gizlədir. Onlar yalnız saxta propoqanda və dezinformasiya ilə məşğuldurlar”.
“Xaricdə olan erməni əsilli bir sıra şəxslərin Azərbaycana qarşı kiberhücumlar həyata keçirməsi barədə məlumatlar var. Onları bu hərəkətlərdən daşınmağa çağırırıq” -Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Azərbaycan tərəfindən kiberhücumların qarşısının alması üçün təhlükəsizlik təmin edilir:“Media resurslarına onlarla ölçüləcək kiberhücumlar həyata keçirilir. Bunun qarşısı alınır”.
Hikmət Hacıyev deyib ki, Ermənistan silahlı qüvvələri tərəfindən atılan təxribat xarakterli addımlar nəticəsində 20-dən artıq azərbaycanlı mülki şəxs həlak olub, 50-dən artıq mülki şəxs yaralanıb.
O bildirib ki, Ermənistan mülki şəxsləri, obyektləri hədəf almağa davam edir:
Hikmət Hacıyevin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatlara cavab olaraq Azərbaycan ordusu sülhə məcburetmə prinsipləri əsasında cavab tədbirləri həyata keçirir.
O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri yüksək texnoloji üstünlüklərdən, dron texnologiyasından istifadə edərək düşmənin hərbi infrastruktur obyektlərini sıradan çıxarır: “Sıradan çıxarılan hərbi infrastrukturların uzunmüddətli perspektivdə Ermənistan tərəfindən bərpa olunması real görünmür. Bu demək olar ki, heçə bərabərdir. Xüsusilə də Ermənistanın arxa cəbhəsində olan hərbi infrastruktur obyektlərinin, hansı ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşir, onların sıradan çıxarılması Erməni silahlı qüvvələrinin müqavimətini sarsıdır"скачать dle 12.1